FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirdi
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Gecə vaxtı nəqliyyat qəzaları zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib.
FHN-dən APA TV-yə verilən xəbərə görə, təlim Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilib.
Praktiki təlim zamanı xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə şərti avtomobil qəzası zamanı avtomobillərdə “sıxılı vəziyyətdə qalmış zərərçəkmişləri xilas ediblər”.
Uğurla icra edilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
DİGƏR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi