Bank Of Baku

FHN-in Modul Tipli Hospitalında həkimlərin “COVID-19”-la mübarizəsi davam edir

# 18:15
19 yanvar 2021

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə vətəndaşlarının sağlamlığının qorunmasına göstərdikləri xüsusi diqqət və qayğının növbəti təzahürü olaraq fəaliyyəti yüksək səviyyədə təşkil edilmiş Fövqəladə Hallar Nazirliyi Tibb Mərkəzinin Modul Tipli Hospitalında “COVID-19” infeksiyasına yoluxmuş xəstələrin müalicəsi davam etdirilir.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumatda bildirilir ki, ən müasir standartlara uyğun texniki vasitə və avadanlıqlarla təchiz olunmuş Modul Tipli Hospitalda infeksiya, habelə onun törətdiyi fəsadlarla gecə-gündüz mübarizə aparan yüksək ixtisaslı peşəkar heyət çalışır.

 

Tibbi və texniki heyətin artıq gündəlik həyat tərzinə çevrilmiş bu gərgin və fasiləsiz iş rejimi qısa olaraq hazırlanmış videomaterialda təqdim olunur.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR