FHN Kahramanmaraşda 130 çadır qurdu
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Türkiyənin zəlzələ baş vermiş Kahramanmaraş şəhərinin sakinləri üçün müvəqqəti çadırlar qurulub.
APA-nın Türkiyəyə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, FHN-in əməkdaşları Azərbaycandan göndərilən çadırları şəhərin Doğukənd məhəlləsində yerləşən stadionda quraşdırmağa başlayıblar, 130-dan artıq çadır ailələrə təhvil verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN tərəfindən Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə humanitar yardımlar göndərilib. Bu vaxta qədər nazirlik tərəfindən göndərilən yardımları aparan 10 təyyarə, 3 avtomobil karvanı Türkiyəyə gəlib çatıb. Yardım aparan avtomobillərin sayı isə 39-dur.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu