FHN Kahramanmaraşda növbəti çadır şəhərciyi qurur
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən zəlzələ baş vermiş Türkiyənin Kahramanmaraş şəhərinin sakinləri üçün növbəti müvəqqəti çadırlar qurur.
APA-nın Türkiyəyə ezam olunan müxbiri Səlcuq Elçin xəbər verir ki, Kahramanmaraş Sütçü İmam Universitetinin korpusunun həyətində FHN əməkdaşları tərəfindən 300 ədəd çadır qurulur.
Çadırlar istilik sobaları və digər ləvazimatlarla təmin ediləcək.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu