FHN: Kür çayında batmış 2 nəfərin axtarışları davam etdirilir

# 12:05
10 aprel 2021

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

FHN-dən APA TV-yə verilən xəbərə görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 47 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 9 nəfər xilas edilib, 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin Kür çayında batmış 2 nəfərin axtarışları dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR