FHN: Ötən sutka 15 yanğına çıxış olub

# 10:59
27 aprel 2021

Fövqəladə Hallar Nazirliyi ötən gün baş vermiş hadisələrlə bağlı məlumat yayıb.

 

APA TV nazirliyin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 15 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib, 1 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR