FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir
Azərbaycan ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı İlham Əliyevin göstərişi əsasında kompleks tədbirlər həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyindən APA TV-yə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.
Mart ayının 28-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə dezinfeksiya tədbirlərinə başlanılıb. Ayrı-ayrı məkanlarda görülən işlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.
Qeyd edək ki, hazırda dezinfeksiya işləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi