FHN tərəfindən Türkiyəyə böyük sayda çadırlar çatdırılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə böyük sayda çadırlar çatdırılıb.
Bu barədə FHN məlumat yayıb.
FHN-in xilasediciləri zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün Kahramanmaraş rayonunda çadırların qurulmasını həyata keçirirlər.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib