FHN yanğınsöndürən maşınlara mane olan avtomobillərə qarşı tədbir keçirdi

# 08:30
28 may 2021

Bu görüntülər paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsi-8 ünvanında lentə alınıb.

 

APA TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin avtomobillərə şərti olaraq yanğın baş verən binanın həyətyanı sahəsinə daxil olmaq istəyir.

 

Məqsəd şərti olaraq yanğın baş verən hündürmərtəbəli binanın həyətyanı sahəsinə daxil olmaqdır ki, bu da mümkünsüz olur. Səbəb isə yol kənarlarında avtomobil sürücülərinin harda gəldi, park etməsidir. Sürücülər müxtəlif bəhanələrlə əməllərinə don geyindirmək istəyir.

 

Bu avtomobil sahibi isə binanın həyətində olan “Park etmək qadağandır!” nişanının tələbini pozub. Məhz buna görə də yanğınsöndürən avtomobil əraziyə daxil ola bilmir.

 

Təxminən 20 dəqiqə sonra yanğınsöndürən avtomobillər şərti yanğının olduğu əraziyə yaxınlaşır. Necə deyərlər, hər saniyənin öz hökmü var. 20 dəqiqə bəs edir ki, alov binada olan 20 mənzili əhatə etsin. Sakinlər isə bu cür tədbirin təqdirəlayiq olduğunu bildirir. Onlar günahı binanın məxsus olduğu MTK-da görür. Bildirirlər ki, 900-dən çox mənzili olan binanın cəmi 200-ə yaxın avtomobil üçün nəzərdə tutulan yeraltı qarajı var.

 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyir ki, plandankənar yoxlama tədbirinin keçirilməsi məhz şikayət əsasında həyata keçirilib və nöqsanların olduğu aşkarlanıb.

 

Şöbə rəisi onu da qeyd edib ki, yanğınsöndürən avtomobillərin əməkdaşları ehtiyat su götürmək üçün binanın həyətindəki su hovuzuna yaxınlaşa bilməyib, səbəb isə parkın ərazisində layihədən kənar tikililərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR