FHN Zabrat hava limanında təlim keçirdi - APA TV
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taboru Zabrat hava limanında Aviasiya Təhlükəsizlik İdarəsi ilə birlikdə təlim keçirib.
FHN-dən APA TV-yə verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd hava limanının təhlükəsizlik xidməti ilə qarşılıqlı fəaliyyətin təşkili, həmçinin Kinoloji taborun xüsusi təlim görmüş itlərinin vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş şərti məlumat əsasında hava limanında ehtimal edilən “partlayıcı maddənin tapılıb zərərsizləşdirilməsi” üçün hadisə yerinə kinoloji qrupun şəxsi heyəti ilə xüsusi təlim görmüş itlər cəlb olunub. Ərazidə olan insanlar təhlükəsiz məsafəyə təxliyə olunduqdan sonra xüsusi təlim görmüş itlərlə əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Təlim zamanı qarşıya qoyulmuş tapşırıqlar uğurla icra olunub.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)