FHN Zabrat hava limanında təlim keçirdi - APA TV

# 13:38
10 noyabr 2022

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taboru Zabrat hava limanında Aviasiya Təhlükəsizlik İdarəsi ilə birlikdə təlim keçirib.

 

FHN-dən APA TV-yə verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd hava limanının təhlükəsizlik xidməti ilə qarşılıqlı fəaliyyətin təşkili, həmçinin Kinoloji taborun xüsusi təlim görmüş itlərinin vərdişlərinin təkmilləşdirilməsi olub.

 

Təlim zamanı FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş şərti məlumat əsasında hava limanında ehtimal edilən “partlayıcı maddənin tapılıb zərərsizləşdirilməsi” üçün hadisə yerinə kinoloji qrupun şəxsi heyəti ilə xüsusi təlim görmüş itlər cəlb olunub. Ərazidə olan insanlar təhlükəsiz məsafəyə təxliyə olunduqdan sonra xüsusi təlim görmüş itlərlə əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

 

Təlim zamanı qarşıya qoyulmuş tapşırıqlar uğurla icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR