Flora Kərimovanın Afət Fərmanqızı barədə şikayəti icraata götürülüb
Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.
APA-nın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kazımovanın sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçının vəkili Xavər İsmayılova şikayət dəlillərini məhkəmənin diqqətinə çatdırıb.
Flora Kərimova müdafiəçisinin çıxışını müdafiə edərək qarşı tərəfdən təhqir və böhranlara məruz qaldığını deyib.
Afət Fərmanqızı isə səhhəti ilə bağlı müalicədə olduğu üçün məhkəmədə iştirak etməyib.
Xalq artisti Afət Fərmanqızının barəsində dediklərini şəxsiyyətinə hörmətsizlik hesab etdiyini bildirərək şikayətinin icraata qəbul olunmasını xahiş edib.
Afət Fərmanqızının vəkili isə xüsusi ittihamçının dediklərini inkar edib. O, təhqir hesab olunan ifadələrdə Flora Kərimovanın adının keçmədiyini diqqətə çatdırıb.
Məhkəmənin qərarına əsasən, xüsusi ittiham qaydasında verilmiş şikayət icraata götürülüb.
DİGƏR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib