“Fransa Ermənistanın böyük bacısı kimi tərəfsizliyini qoruya bilmir”
“Ermənistan 44 günlük savaşdan nəticə çıxarmayıb. Onlar ümid edir ki, yenə əvvəlki kimi olacaq. Çox təəssüf ki, bizim daxilimizdə də ermənilərin güvəndiyi dairələrə bağlı insanlar bu cür düşünür”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, bu millət “Böyük Ermənistan" xəstəliyinə düçar olub: “Onlar qonşu ölkələrin ərazi bütövlüyünü tanımırlar. Çox təəssüf ki, Fransa da onlara dəstək verir. Çox təəssüf ki, qardaş Türkiyədə olan bəzi partiyalar da onlara dəstək olur. Türkiyədə Azərbaycana qarşı səsləndirilən fikirlərə təəssüflənirəm. Türkiyə xalqı belə cəhdləri əfv etməz. Türkiyədə hakimiyyət dəyişsə də, Azərbaycan və Türkiyə münasibətləri sarsılmaz. Fransa Ermənistanın böyük bacısı kimi hadisələrdə tərəfsizliyini qoruya bilmir”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib