Fransa tərəfinin bu barədə anlayışı yoxdur - PUTİN
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronun bəyanatını səhv və qəbuledilməz adlandırıb.
APA TV-nin Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya lideri MDB Dövlət Başçıları Şurasının Astanada keçirilən iclasında bildirib.
Putin fransalı həmkarının bəyanatını oxuyanda təəccübləndiyini söyləyib: “Hesab edirəm ki, bu bəyanatlarda münaqişənin gedişi və Fransa tərəfinin bu barədə anlayışı, tərəflərin mövqeyi barədə məlumatlar yoxdur. Ona görə də, bu bəyanatlar səhvdir, qəbuledilməzdir”.
Rusiya Prezidenti əlavə edib ki, ola bilsin ki, Fransa Prezidenti ilə bunu müzakirə etsinlər: “İstənilən halda Rusiya hər zaman səmimi şəkildə istənilən münaqişəni, o cümlədən Qarabağ və onun ətrafındakı məsələləri həll etməyə çalışıb”.
Putin qeyd edib ki, Rusiya hər zaman Qarabağ daxil olmaqla bütün münaqişələri nizamlamağa səmimi səy göstərib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu