Fransa un çuvalında Qarabağa girmək istəyir: Parisin gülünc oyunu

# 18:28
30 avqust 2023

Fransa Qarabağda məskunlaşan erməni separatçılardan istifadə edərək, bölgədə gərginliyi artırmağa çalışır. Bu dəfə Paris meri Ann İdalqonun və Strasburq meri Janna Barseqyanın müşayiəti ilə İrəvandan yola çıxan "humanitar yüklə" dolu 10 maşın Laçın sərhədinə gəlib. Ancaq bu dəfə də məkrli istəklərinə çata bilməyiblər. Laçın “post”undan buraxılmayan Fransaya məxsus avtomobillər bundan öncə əraziyə yük daşımaq adı ilə gətirilən “Spayka” avtomobillərinin sırasına qoşulub. Xatırladaq ki, “Spayka” avtomobilləri Ermənistan tərəfindən Qarabağdakı erməni əhaliyə “yardım” üçün sərhədə gəlib, lakin Azərbaycanın razılığı olmadığı üçün həmin vaxtdan orada gözləyir. Bəs Qarabağda humanitar yardım şousu yaratmağa çalışan Fransanın əsl məqsədi nədir? Siyasi ekspert Yeganə Hacıyevanın sözlərinə görə, ermənipərəst mövqeyindən əl çəkməyən Fransa Avropa İttifaqındakı imkanlarından və Rusiyanın zəifləməsindən istifadə edərək sülh proseslərinə mane olmağa davam edir. Fransada fəaliyyət göstərən erməni lobbisinin Makrona təzyiqi də məhz bununla bağlıdır. Belə ki, Azərbaycanla Fransa arasındakı neqativ münasibət məhz II Qarabağ müharibəsi dövründə kəskinləşməyə başladı. Rəsmi Parisin bu mövqeyinin arxasında isə erməni lobbisi dururdu. Lobbi Fransanı Ermənistana ciddi dəstək verməməkdə ittiham edirdi. Hazırda isə Fransa erməni lobbisinin tələblərini həyata keçirməklə həm də Cənubi Qafqazda yerləşməyə çalışır. Ekspert bildirib ki, bu addımlar Fransa üçün əks effektlər göstərəcək. Siyasi şərhçi Zaur Məmmədov isə bildirib ki, Paris merinin Azərbaycanla Ermənistan sərhədinə gəlməsi Fransanın Azərbaycana qarşı həddini aşmasının bariz sübutudur. Ekspertlər düşünürlər ki, Azərbaycanın razılığı olmadan atlan bu addımın uğursuzluqla nəticələnəcəyi əvvəldən məlum idi. Çünki süni şəkildə yaradılan bu şounun, Fransanın separatçılara açıq-aşkar dəstək nümayiş etdirməyinin hansı məqsədlərə xidmət etdiyi hər kəsə məlumdur. ŞƏMS QULİYEVA APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR