Fransada nazir koronavirusa yoluxub
Fransanın Mədəniyyət naziri Frank Riester koronavirusa infeksiyasına yoluxub.
APA Tv-nin məlumatına görə, ölkənin Mədəniyyət Nazirliyindən verilən açıqlamada 46 yaşlı nazirin vəziyyətinin yaxşı olduğu deyilib.
Qeyd edək ki, Fransada koronavirusa yoluxanlar arasında beş millət vəkili də yer alır. F.Riester ötən həftə Fransa parlamentində iştirak etmişdi. Virusun nazirə həmin millət vəkillərindən keçmiş ola biləcəyi ehtimal edilir.
Fransada koronavirusdan ölənlərin sayı isə 25-ə çatıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib