Fransalı reportyor: “Qarabağdakı kütləvi məzarlıqlar işğalın sübutudur”

# 15:05
25 fevral 2022

“Ermənilərin çox olduğu Fransada Qarabağ münaqişəsinin bütün tərəfləri bilinmir. Qarabağa səfər zamanı gördüyümüz kütləvi məzarlıqlar işğalın və müharibə cinayətlərinin sübutudur”.

 

Bunu Şuşada səfərdə olan fransalı fotoreportyor Qriqori Herpe APA TV-yə açıqlamasında deyib: “Fransada biz hekayənin bütün tərəflərini bilmirik. Bildiyiniz kimi, orada ermənilər çoxdur. Dünən biz kütləvi məzarlıqları gördük, bu, çox dəhşətli idi. Bu, işğalın və əlbəttə ki, müharibə qəddarlıqlarının sübutudur. Bu barədə çox danışa bilərəm. Mən münaqişənin bütün tərəflərini bilmirəm. Amma biz insanıq və bu cür olmamalıdır. Ölkənizə sadəcə, sülh və yenidənqurma arzu edirəm. Düşünürəm ki, indi sülh zamanıdır.”

 

O qeyd edib ki, bölgəyə sonuncu səfərinin üstündən cəmi 7 ay keçməsinə baxmayaraq, Qarabağ sürətlə gözəlləşib və yenidənqurma işləri nəticəsində buranın gözəlliyi özünə qayıdır.

 

Qeyd edək ki, bir qrup xarici KİV nümayəndəsi işğaldan azad olunan ərazilərə səfər edib. Dünən onlar Xocavənddə olub, bu gün isə Şuşa şəhərinə səfər ediblər.

 

Nümayəndə heyətinə 12 ölkədən - Ukrayna, Moldova, Türkiyə, Fransa, Niderland, Çexiya, ABŞ, Misir, Əlcəzair, Şimali Kipr, Malayziya və Yaponiyadan 26 KİV nümayəndəsi daxildir.

 

Habil Aslanoğlu, APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR