Fransanın eks-prezidenti ilk dəfə evləndi
Fransanın keçmiş prezidenti Fransua Olland kino aktrisası Juli Qaye ilə evlənib.
APA TV xəbər verir ki, mərasim Ollandın uzun müddət mer olduğu Tül şəhərində baş tutub.
Nikah mərasimini Ollandın meri postundakı xələfi Bernar Komb aparıb.
Qeyd edək ki, bu, 67 yaşlı eks-prezidentin ilk rəsmi nikahıdır. Onun əvvəlki sevgilisi jurnalist Valeri Trierveyler ilə ittifaqı 8 il əvvəl məhz Qaye ilə münasibətlərə görə başa çatmışdı.
Eyni zamanda, Ollandın Fransa Sosialist Partiyasındakı həmkarı Seqolen Royal ilə qeyri-rəsmi ailə həyatından dörd övladı var.
Qeyd edək ki, Olland 2012-2017-ci illərdə prezident olub. Onu bu vəzifədə Emmanuel Makron əvəzləyib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib