Fuad Əkbərov Baxmut şəhəri uğrunda gedən döyüşlərdə həlak olub
Ukraynada daha bir azərbaycanlı həlak olub.
Bu barədə Lent.az-a mərhumun bacısı Təhminə Əkbərova məlumat verib.
Onun sözlərinə görə, Rusiya vətəndaşı, əslən Azərbaycanın Astara rayonundan olan qardaşı Fuad Fərman oğlu Əkbərov Ukraynanın Baxmut şəhəri uğrunda gedən döyüşlərdə həlak olub.
Qanun pozuntusuna görə məhkumluğu olan 37 yaşlı Fuad Əkbərovun “Vaqner” özəl hərbi şirkətinin tərkibində döyüşlərə qatıldığı bildirilir.
Təhminə Əkbərova qardaşının evli olduğunu və geriyə 3 azyaşlı övladının qaldığını qeyd edib
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu