Futbol üzrə Azərbaycan millisi növbəti dəfə məlub oldu – APA TV
Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində dördüncü oyununu keçirib.
Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda Belçikanı qəbul edib.
“Dalğa Arena”da oynanılan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib.
Yeganə qola 38-ci dəqiqədə Yannik Karrasko imza atıb. Qalibiyyət sayəsində xallarının sayını 10-a çatdıran belçikalılar F qrupunda liderliyə yüksəliblər.
Azərbaycan yığması isə hesabındakı 1 xalla sonuncu yerdə qalıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu