Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb – “Öldü var, döndü yoxdu”
Füzuli şəhərinə daha 27 ailə - 115 nəfər köçürülüb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaradağ rayonundan yola salınıb.. Doğma yurda qayıdan Füzuli sakinləri torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyiblər. Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 527 ailə, 1969 nəfərin daimi məskunlaşması təmin edilib. LƏMAN SALEHOVA TURAL ƏLİZADƏ APA TV
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib