Füzulidə OSA zenit kompleksinə aid raketlər aşkarlandı

# 01:10
4 fevral 2022

Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbələr endirdi. Nəticədə düşmən ordusu mövqelərini və silah sursatlarını qoyub qaçmaq məcburiyyətində qaldı. İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər həyata keçrilir.

APA TV xəbər verir ki, ərazidə xidmət aparan Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən raketlər aşkar ediblər.

Ərazidən aşkar edilən 20-ə yaxın hava hücumlarından müdafiə raketlərinə ANAMA-nın mütəxəssisləri tərəfindən baxış keçirilib və müəyyən edilib ki döyüşə tam yararlıdı. Qeyd edək ki, İşğaldan azad edilən ərazilərdə mina təmizləmə əməliyyatları davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR