Füzulidə silah-sursat aşkar edilib
İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən intensiv tədbirlər yerinə yetirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər. Aşkar edilən 27 avtomat, 7 pulemyot, 1 qumbaraatan, 3 qumbara, 4 avtomat sandığı, 11 mərmi, 95 iriçaplı patron aidiyyəti üzrə təhvil verilib.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi