Gecə fəaliyyət göstərən kafenin sahibi və müştərilər cərimələndi
Qubada gecə saatlarında fəaliyyət göstərən kafenin sahibi və müştəriləri cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman Qaraçay kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.
Şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən İlqar Ağarzayev və orada olan 4 nəfər inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Qaydaları pozan şəxslərlə bir daha profilaktiki söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi çatdırılıb.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik