Gədəbəydə 46 min manatlıq inək oğurlandı
Gədəbəydə çoxlu sayda mal-qara oğurlanıb.
Daxili İşlər Nazirliyindən APA -ya verilən xəbərə görə, hadisə Çökək Yurd adlanan ərazidə baş verib. Çanaqçı və Nərimankənd kənd sakinləri olan 3 nəfərə məxsus 46000 manat dəyərində ümumilikdə 41 baş inəyin oğurlanması barədə Gədəbəy rayon Polis Şöbəsinə müraciətlər daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Abdurrəhmanov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib