Gədəbəydə iki mülki şəxs minaya düşüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb.
Hadisə rayonun Sonalı kəndində qeydə alınıb.
APA TV xəbər verir ki, mayın 11-də saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri - 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli bədən xəsarəti alması, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Yaralılar Şəmkir rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerlədirilib.Kamran Namazovun sol ayğının dizdən aşağı hissəsi ambutasiya edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Digər xəstənin xəsarəti yüngül olduğundan evə buraxılıb.
Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi