Gəminin böyrü deşildi - 12 DƏNİZÇİ TƏHLÜKƏDƏ
Qara dənizdə Rusiya bayrağı altında üzən “Omskiy 205” quru yük gəmisinin bir böyürü deşilib.
Fəlakət barədə sahil xidmətinə məlumat verilib.
Yüklə dolu olan və göyərtəsində 12 dənizçinin olduğu gəmi Türkiyədən Rostov-Dona istiqamət alıbmış.
Zədə almış gəmiyə əvvəlcə Rusiya sərhəd kateri, sonra isə “Rosmorreçflot”un “Spasatel Demidov” gəmisi yan alaraq yedəyə alıb və Kerç vilayətindəki limana aparıb. Gəmidən daim suyun boşaldılması prosesi davam edir. Dənizçilərin sağ qalması üçün tədbirlər görülür.
“Omskiy 205” gəmisi 1993-cü ildə Krasnoyarsk dokunda tikilib, Sankt-Peterburq limanında qeydiyyatdadır.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib