Gənc rəssamın əl işləri görənləri heyran qoyur

# 11:40
16 mart 2022

Xaçmazlı gənc rəssam Cavidan Rəhmətovun 22 yaşı var. Uşaqlıqdan rəssamlığa maraq göstərən qəhrəmanımızın 100-dən çox əl işi var.

 

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, Cavidan artıq altı ildir ki, peşəkar rəssam kimi fəaliyyət göstərir. O daha çox portret janrında əsərlər çəkməyə üstünlük verir. Kağız və kətan üzərində çəkdiyi əl işləri böyük maraqla qarşılanır.

 

Cavidan 44 günlük Vətən müharibəsində fırçasını silahla əvəzləyərək torpaqlarımızın azadlığı uğrunda döyüşüb. Cəbrayıl, Füzuli və Xocavənd döyüşlərinin fəal iştirakçısı olan xaçmazlı gənc üç medalla təltif olunub.

 

Müharibə iştirakçısı olması onun yaradıcılığına da təsirsiz ötüşməyib. İndi o, əsərlərində vətənpərvərlik mövzusuna xüsusi yer ayırır. Bütün xaçmazlı şəhidlərin portretlərini çəkən gənc rəssamın arzusu bu əsərləri sərgiləməkdir: “Daha çox portret janrında əsərlərə üstünlük verirəm. Qələbədən sonra belə qərara gəldim ki, bütün xaçmazlı şəhidlərin portretini çəkim. Daha sonra isə sərgi təşkil edim ki, daha çox tanınsın. Özüm də Vətən müharibəsi iştirakçısıyam. Hesab etdim ki, bu mənim borcumdur”.

 

Cavidanın müxtəlif səthlərdə çəkdiyi böyük həcmli rəsmləri də diqqət çəkir. Onun Xaçmazda şəhidlərin xatirəsinə tikilən bulaq kompleksinin divarlarında təsvir etdiyi şanlı Qələbəni tərənnüm edən əsəri böyük rəğbətlə qarşılanıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR