Gənc şairin SON KİTABI

# 18:07
23 aprel 2022

Bu gün mərhum şair Saqif Zeynalın “Tanrı qədər yoxsan” kitabının təqdimat mərasimi keçirilib.

APA TV xəbər verir ki, Ağcabədi rayon Taxtakörpü qəsəbəsində yerləşən Laçın rayon Mədəniyyət Evində təşkil olunan tədbirdə kitabın redaktoru, yazıçı Şərif Ağayar,  Bakı ədəbi mühitindən professor Cavanşir Yusifli,  yazıçı-esseist Fəxri Uğurlu “Ələk” ədəbi məclisinin üzvləri, Laçın və Kəlbəcər rayonundan olan ziyalılar, qələm adamları və ictimaiyyət nümayəndələri iştirak edib.

2020-ci ilin oktyabrında gənc yaşında avtomobil qəzasında həyatını itirən Saqif Zeynalın kitabı ölümündən sonra “El” nəşriyyatında çap olunub. Kitaba şairin son şeirləri daxil edilib.

Tədbirin aparıcısı və “Tanrı qədər yoxsan” kitabının redaktoru, yazıçı Şərif Ağayar bildirib ki, təqdimat mərasimini məhz Ümumdünya Kitab və Müəlliflik Hüququ Günündə təşkil etməkdə məqsəd gənc nəsli kitablardan və mütaliədən zövq almağa təşviq etməkdir.

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR