Gəncə hadisələrində valideynlərini itirən Sevilin nişanlısı görün kimdir
Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi olub.
Məclisdən fotolar sosial şəbəkədə yayılıb. Onun Talış adlı oğlanla ailə qurmağa hazırlaşdığı bildirilir. Məclisdə səbəbkarların yaxınları iştirak edib.
Terror hadisəsi yaşanan gecə dağıntılar altında qalan Sevil açıqlamalarından birində onu sinif yoldaşının xilas etdiyini bildirmişdi.
APA TV Axşam.az-a istinadən xəbər verir ki, Sevilin nişanlandığı gənc onu dağıntılar altından çıxaran sinif yoldaşıdır.
Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva ötən il Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib