Gəncə sakinində silah və narkotik aşkarlanıb
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Quluzadə saxlanılaraq, RPİ-nə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman çəkisi 1.60 qram qram narkotik vasitə olan “tiryək” aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, S. Quluzadənin şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Baxış zamanı fərdi yaşayış evindən, parça torbada 1 ədəd, müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng, 2 ədəd patron və sellofan torbada, çəkisi 38.35 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü
Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam edir