Gəncə sakininin evi yandı

# 13:02
17 may 2023

Gəncədə yanğın hadisəsi baş verib.

Hadisə şəhərin İqor Makeyev küçəsində qeydə alınıb.

1955-ci il təvəllüdlü Çingiz Cəfərova məxsus ikimərtəbəli evdə anidən yanğın baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, ev qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR