Gəncə sakinləri uyuşdurucu vasitələrlə tutuldu
Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin və digər tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakinləri - Mahir Musayev, Əlimərdan Abbasov, Samir Sadıqov, Nicat Cəlilov, Asəf Məmmədov və İlham Əmrahlı saxlanılaraq polis idarələrinə gətiriliblər. Onlardan “heroin”, “metamfetamin”, “qurudulmuş marixuana” və digər qanunla qadağan edilmiş müxtəlif növ narkotik vasitələr aşkarlanıb.
Bundan başqa araşdırmalar zamanı saxlanılan şəxslərdən İlham Əmrahlının İran İslam Respublikasının vətəndaşı olan, hələlik istintaqa məlum olmayan şəxslə sosial şəbəkə üzərindən əlaqəyə girərək sonuncudan bir başa təması olmadan bir neçə dəfə narkotik vasitə alması aşkar edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi