Gəncə sakinləri yeni ili belə qeyd edir
Respublikanın hər yerində olduğu kimi ölkənin ikinci böyük şəhəri olan Gəncədə də bayram əhval-ruhiyyəsi hiss olunur. Yeni ilin gəlişi ilə bağlı şəhərin müxtəlif ərazilərində küknar ağacları bəzədilib.
Şəhərin mərkəzində qurulan küknarın hündürlüyü 25 metrdir. Müxtəlif oyuncaqlar və işıq effektləri ilə bəzədilən küknarın ətrafında hər kəs Şaxta baba, Qar qız və nağıl qəhrəmanları şəkil çəkdirir.
Şəhər əhalisi deyir ki, yeni ili xoş əhval-ruhiyə ilə qarşılayırlar.
Yeni ilin gəlişi balacaların da sevincinə səbəb olub.
Bir gündən sonra Azərbaycan xalqı pələng ilini yola salıb, dovşan ilini qarşılayacaq.
Yeni ilin hər kəsə uğur və xoşbəxtlik gətirməsi diləyi ilə bayramınız mübarək!
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu