Gəncə şəhərində iki yol qəzası baş verib - VİDEO
Gəncə şəhərində iki yol qəzası baş verib.Qəza şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.Hərəkətdə olan “Niva” markalı minik maşını “VAZ 2106” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.Xəsarət alanlar 36 yaşlı Amid Qasımov və 50 yaşlı Elşad Həsənovdur.Onların vəziyyətinin kafi olduğu bildirilir.Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Digər hadisə isə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.Hərəkətdə olan "Opel" markalı minik maşını yolu keçmək istəyən ortayaşlı qadını vurub.
Piyada dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.Hər iki Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib