Gəncə sürət qatarı işə başladı: Bileti 10 yox, 33 manata alacaqsınız

# 13:56
18 mart 2022

Sabahdan etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunacaq.

 

“Azərbaycan Dəmir Yolları” QSC-dən APA TV-yə verilən məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə qatar gündəlik əsasda fəaliyyət göstərəcək. Bakıdan 08:00-da yola düşən və Gəncəyə 11:40-da çatan qatar həmin gün 18:00-da Gəncədən çıxacaq və 21:35-də Bakıda olacaq. Gəncə istiqamətində yolda olma müddəti 3 saat 40 dəqiqə, Bakıya dönüşdə isə 3 saat 35 dəqiqə təşkil edəcək.

 

Bakı-Gəncə qatarına biletlərin satışına bu gündən start verilib. Bilet alışı zamanı yaşı 18-dən yuxarı olan sərnişinlərdən peyvənd sertifikatı, əks-göstəriş sertifikatı və ya immunitet sertifikatı tələb olunur. Sərnişinlər qatarda olarkən tibbi maskalardan istifadə etməlidirlər.

 

Sabahdan etibarən Bakı-Gəncə istiqaməti üzrə gediş haqqı standart yerlər üçün 20 manat, biznes yerlər üçün isə 33 manat səviyyəsində təyin olunub. Qeyd edək ki, hazırda Bakı-Gəncə qatarında qidalanma xidməti göstərilmir.

 

Qeyd edək ki, Bakı-Gəncə qatarının hərəkəti koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2020-ci ilin mart ayında dayandırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR