Gəncə terroru zamanı dağılan 3 mindən artıq ev bərpa olunub

# 17:59
2 noyabr 2021

Vətən müharibəsində Ermənistan ordusunun təcavüzü nəticəsində zərər çəkən ərazilərimizdən biridə ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhəridir. Ermənistanın Gəncəni bir neçə dəfə raket və ağır artilleriya zərbəsinə tutması zamanı  insanlar həlak oldu, yaşayış evləri, təsərrüfatlar, ticarət və iaşə obyektləri dağıldı. Prezident İlham Əliyevin sərəncamına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərdə  Ermənistanın təcavüzü nəticəsində zərər çəkmiş yaşayış evlərinin tikintisinə  və təmir bərpasına başlanıb işlər yekunlaşmaq üzrədir. Komitə tərəfindən dağılmış evlər sökülərək yerinə yeni evlər tikilib, digər zərər görmüş evlər isə təmir-bərpa olunub. Artıq bütün işlər sona çatmaq üzrədir. Yaxın günlərdə sakinlərin yeni evlərinə köçürülməsi nəzərdə tutulub.

Gəncədə  3 200-ə yaxın tikili təmir-bərpa olunub, 12 yaşayış evi yenidən tikilib, hazırda onların təmir işləri aparılır. Bununla yanaşı, 22 yaşayış evi tikilir, 1 bağçanın inşasına başlanılacaq. 500-dən çox tikili üzrə isə təmir-bərpa işləri davam edir.

Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir. Həmin ərazilərdə 13 000-dən çox tikiliyə ziyan dəyib ki, hazırkı mərhələdə onlardan 11 750-dən çox (yeni rəqəmdir 28.10.2021) yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov

APA TV Gəncə 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR