Gəncədə 11-ci sinif şagirdi məktəbin qarşısında qətlə yetirilib
Gəncədə 11-ci sinif şagirdi məktəbin qarşısında qətlə yetirilib. Hadisə Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə baş verib. XI sinif şagirdi Raul Rəhimova həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək, onu öldürülüb. Qətlin məktəblilər arasında yaranmış mübahisə zəminində baş verdiyi iddia edilir. Fakt üzrə cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir. Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib