Gəncədə 13 yaşlı yeniyetmə zəhərləndi
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.
Belə ki, 2008-ci il təvəllüdlü R. Allahverdiyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin hazırda kafi olduğu bildirilir.
İlkin məlumata görə, 13 yaşlı yeniyetmə yaşadığı evdə dəm qazından zəhərlənib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu