Gəncədə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib

# 19:09
20 yanvar 2023

Bu gün Gəncə şəhərində 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib. Şəhidlər xiyabanında təşkil olunan anım mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının komandanı, general-leytenant Ənvər Əfəndiyev, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və sakinlər iştirak ediblər.Niyazi Bayramov və general-leytenant Ənvər Əfəndiyev "Əbədi məşəl" abidəsini ziyarət edib, önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramlarını ifadə ediblər. Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub. Daha sonra 20 Yanvar faciəsinin 33-cü ildönümünü ilə bağlı keçirilən ümumşəhər tədbirinin rəsmi hissəsi başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Mərasimdə vurğulanıb ki, 20 Yanvar müasir tariximizin ən faciəli günlərindən biri olsa da, Azərbaycan xalqının milli iradəsinin zəfər çaldığı gün kimi tarixdə qalacaq.Saat 12:00-də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Nizami Gəncəvi və Heydər Əliyev, həmçinin Heydər Əliyev və Şaş İsmayıl Xətai prospektlərinin kəsişməsində nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR