Gəncədə 4 azyaşlı qız dəm qazından zəhərləndi, biri öldü
Gəncədə 4 azyaşlı qız dəm qazından zəhərlənib.
Hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən binada qeydə alınıb. Binanın beşinci mərtəbədə yaşayan Musayevlər ailəsinin 4 üzvi dəm qazından zəhərləniblər. Onlar yaxınlarının köməkliyi ilə dərhal Xəstəxanaya çatdırılıb. Xəstəxanada ilkin müayinə zamanı uşağın birinin öldüyü, üçünün isə ağır olduğu müəyyən olunub.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, hadisə yerinə gələn əməkdaşlar araşdırma aparıb. Hadisə zamanı 2020-ci il təvəllüdlü Zəhra Musayevanın dəm qazından zəhərlənərək öldüyünü, daha 3 nəfər – 2015-ci il təvəllüdlü Zeynəb Musayeva, 2018-ci il təvəllüdlü Dərya Musayeva və 2019-cu il təvəllüdlü Fatimə Musayevanın zəhərləndiyini məlum olub.
Qeyd edək ki, zəhərlənən azyaşlı qızlar əmi uşaqlarıdır. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək