“Gəncədə 5-6 mərtəbədən hündür binaların tikilməsi qadağan edilməlidir” - Naqif Həmzəyev
“Gəncədə 5-6 mərtəbədən hündür binaların tikilməsi qadağan edilsin”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib.
Deputat deyib ki, Gəncə seysmik ərazidə yerləşir, şəhərdə Gəncədə binalar və xəstəxanalar mütləq müvafiq seysmoizolatorlar əsasında tikilməlidir: “Kahramanmaraş şəhərinin yerləşdiyi piltə kəsişməsi ərazisində yerləşən regionda 1138-ci ildə baş vermiş böyük Aleppo zəlzələsindən cəmi 1 il sonra 1139-cu ildə Gəncədə güclü zəlzələ olub və Göygöl yaranıb. Bu tarixi hadisə mütləq tikintilər zamanı nəzərə alınmalıdır. Aidiyyəti qurumlar bu məsələyə nəzarəti artırmalıdır. İnanıram ki, şirkətlər pul qazanmaq naminə vətəndaşların faciəsinə yol açmayacaq”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu