Gəncədə ağır qəza - ÖLƏN VƏ YARALANAN VAR
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hərəkətdə olan "Hyundai" markalı avtomobil "Oka" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “Oka”nın sürücüsü, 1962-ci il təvəllüdlü Gədəbəy rayon sakini Abdulxaliq Rüstəmov ölüb, “Hyundai”ın sürücüsü, 2000-ci il təvəllüdlü Gəncə sakini Timur Hacıyev isə xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib və sürücünün meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu