Gəncədə Autizm Mərkəzi istifadəyə verilib

# 19:35
11 aprel 2023

“Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan Gəncə Autizm Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Qeyd edilib ki, Gəncə şəhəri ilə yanaşı, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Tovuz rayonlarında autizm spektr pozuntulu şəxsləri və onların ailələrini əhatə edən layihə çərçivəsində risk qrupuna aid edilən, xüsusi təhsil dəstəyinə ehtiyacı olan uşaqlar müəyyənləşdirilib, onlara yerli və beynəlxalq mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilməsinə başlanılıb.

Daha sonra qonaqlar Gəncə Autizm Mərkəzində məktəbəqədər təhsil, ixtisasəldəetmə, özünüidarəetmə və müstəqil davranış bacarıqlarına yiyələnmə kimi ehtiyaclara uyğun olaraq uşaqlar üçün tam ödənişsiz əsaslarla təşkil edilən təlim və bərpa prosesi ilə tanış olublar. Mərasim Autizm səfiri, Xalq artisti Tünzalə Ağayeva və autizmli gənc pianoçu Əlisahib Bayramovun ifaları ilə davam edib.

 

 

Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR