Gəncədə avtomobil aşaraq polis maşınına dəyib
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2170" ("Lada Priora") markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə yoldan çıxaraq aşıb. Bu vaxt avtomobil polis əməkdaşlarına məxsus "FIAT" markalı xidməti avtomobilə də dəyib.
Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU