Gəncədə avtomobil piyadanı vurub öldürdü

# 17:37
13 aprel 2022

Gəncədə avtomobil piyadanı vurub.

 

APA TV yerli bürosunun məlumatına görə hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını piyadanı vurub. Hadisə zamanı ağır xəsarət alan 48 yaşlı Vüsal Əkbərov xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq piyadanın həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisənin baş vermə anı təhlükəsizlik kamerasına düşüb. Kadrlarda aydın olur ki, piyada özünü avtomobilin qabağına atır.

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV Gəncə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR