Gəncədə baş verən ilk terrordan 3 il ötür – 4 oktyabr şəhidinin yaxınları danışır

# 14:27
4 oktyabr 2023

Bu gün Ermənistan ordusunun ölkənin ikinci böyük şəhəri olan Gəncəyə ilk raketin atmasından 3 il ötür. 2020-ci ilin oktyabrının 4 də Gəncə ağır artilleriyadan atəşə tutuldu. Nəticədə şəhərin Əziz Əliyev prospekti, 136 saylı evin qarşısına raket düşdü. Atılan raket sözügedən ünvanda böyük dağıntılara səbəb oldu. Elə həmin gün Gəncə ilk mülki şəhidini verir. Şəhər sakini 1999-cu il təvəllüdlü Tunar Qoşqar oğlu Əliyev özünə məxsus “VAZ 2107” markalı avtomobillə hərəkətdə olan zaman onun maşını raketin hədəfinə çevrildi. Nəticədə Tunar Əliyev hadisə yerində həlak oldu. Tunar Əliyev Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. Valideynləri deyir ki, Tunarın arzuları var idi. Amma arzularını həyata keçirmək ona qismət olmadı. Gəncə atılan raket Nəsrəddin Qasımovun qızı Pərvin Qasımovanın gözlərini itirməsinə səbəb oldu. Ermənistan ordusu oktyabrın 4-də şəhəri bir neçə dəfə raket atəşinə tutmuşdu. Bu vaxt şəhərin Əli Nəzmi küçəsi və mərkəzi bazar da raket zərbəsinə məruz qaldı. Xeyli dağıntılar oldu. Şəhər infrastrukturuna külli miqdarda ziyan dəydi. Xatırladaq ki, oktyabrın 4-də törədilən Gəncə terroru nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri, mülki infrastruktur və qədim tarixi tikililərə ziyan dəyib. Ümumilikdə Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bu terror aktları nəticəsində 26 nəfər həlak olub, 170-dən çox adam yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Fuad Nazimoğlu,

Mehdi Rəşid, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR