Gəncədə bədbəxt hadisə: 24 yaşlı qadın necə yıxılıb?
Gəncədə bədbəxt hadisə gənc qadının ölümü ilə nəticələnib. Şəhər sakini, 24 yaşlı Şəhla Mehdiyeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq ölüb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də gənc qadının yerindəcə öldüyü məlum olub. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Daha sonra dəfn olunması üçün Bakı şəhərinə valideynləri yaşayan ünvana göndərilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Fuad Nazimoğlu APA TV Gəncə
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib