Gəncədə bədbəxt hadisə - USTA HÜNDÜRMƏRTƏBƏLİ BİNADAN YIXILARAQ ÖLDÜ
Gəncədə bədbəxt hadisə baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində inşa olunan hündürmərtəbəli yaşayış binasının tikintisində qeydə alınıb.
Şəki rayonunun Böyük Zəyzid kənd sakini, 1991-ci il təvəllüdlü Azər Yusibov usta işlədiyi tikintidə 6-cı mərtəbədən yıxılıb. O aldığı ağır kəllə-beyin travmasından hadisə yerində keçinib. Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, 1991-ci il təvəllüdlü Azər Yusifov “Hünər İnşaatçı” MMC tərəfindən inşa olunan hündürmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində, texniki işlərin görülməsi zamanı hündürlükdən yıxılıb və aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb, hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Fuad Nazimoğıu
Mehdi Məmmədov
APA TV
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi