Gəncədə bir neçə gün öncə əkilən ağaclar niyə çıxarılıb?
Gəncədə bir neçə gün öncə yol kənarında əkilən ağaclar çıxarılıb.
Bununla bağlı sosial şəbəkələrdə də videolar yayılıb. İddia olunur ki, həmin ağaclar Prezident İlham Əliyevin yanvarın 30-da Gəncəyə etdiyi səfərlə bağlı əkilib, ölkə başçısının səfəri başa çatdıqdan sonra isə çıxarılıb. Videoda da görünür ki, ağaclar çıxarıb, maşınlara doldurur, harasa aparırlar.
2-3 gün sonra çıxarılacaqdısa, bu ağaclar yol boyunca niyə əkilmişdi?
Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Elmar Əzizov APA TV-yə bildirdi ki, ağacların oradan çıxarılması quruma təhlükəsi ilə bağlı olub.
Ancaq təəssüf ki, bu cavab çaşqınlıq yaradır. Necə yəni ağacların quruma təhlükəsi var? Bəs bu ağacların hara əkildiyinə niyə əvvəldən baxan olmayıb?
Elmar Əzizov bildirdi ki, həmin ərazidə kökləri daha balaca olan bitkilərdən ibarət yaşıllıq salınacaq. Yəqin ki, bu dəfə nəyi hara əkdiklərinə də diqqət edəcəklər.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Gəncə
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu